Yol kənarından odlu silahlar TAPILDI

 12:44 14.11.2023     224

Şabran rayonunda yol kənarından odlu silahlar tapılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından müxtəlif markalı 3 ədəd ov tüfəngi aşkar edərək götürüblər.

Faktlar üzrə Şabran RPŞ-də müvafiq araşdırmalar aparılır.