Sabirabadda yol qəzası oldu, 5 nəfər xəsarət aldı

 21:44 16.11.2023     268

Sabirabadda baş verən yol qəzasında beş nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı rayonun Qəfərarxı kəndinin sakinləri, 2014-cü il təvəllüdlü Mahmudova Səma Namiq qızı, 1959-cu il təvəllüdlü Mahmudova Gülayə Xanoğlan qızı, 1957-ci il təvəllüdlü Mahmudov İmanağa Xanoğlan oğlu, 1960-cı il təvəllüdlü Mahmudov Həqiqət və 1986-cı il təvəllüdlü Həsənov Rəsul müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib.

Faktla bağlı araşdırma aparılır (report).