Ərini cəbhədən qaytarmaq üçün oğlunu döydü

 17:26 17.11.2023     255

Ərini cəbhədən qaytarmaq üçün oğlunu döyən ana qəyyumluqdan məhrum edilə bilər.

Redaktor.az xəbər verir ki ,bu barədə “Russia Today” (RT) Teleqram kanalında məlumat verilib .

Qondarma Donetsk Xalq Respublikasında (DXR) qəyyumluq orqanlarının nümayəndələri oğlunu ərinin cəbhədən qayıtması naminə döyən ananı həbs ediblər.

Ananın azyaşlı oğluna işgəncə verdiyi bildirilir. Qadın həyat yoldaşının cəbhədən geri qayıtması üçün oğluna döyüb və o kadrları ərinə göndərib. Şahidlərin sözlərinə görə qadın tez-tez içki içir və oğlunu çılpaq küçəyə qovur.

Qadın isə öz növəbəsində oğlunu küçəyə qovmadığını və ac qoymadığını vurğulayıb.

Qeyd edək ki, Donetsk sakininin sözlərinə görə, növbəti qəyyumluq iclası dekabrın əvvəlində keçiriləcək.(Publika)