“Prius” aşdı - 2 yeniyetmə öldü
Hacıqabulda yeniyetmələrin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Abdulyan kəndində qeydə alınıb.
“Toyota Pirius” markalı minik avtomobilinin aşması nəticəsində iki yeniyetmə,15 yaşlı Məhəmməd Abışov və 13 yaşlı Əliyar Şirəliyev hadisə yerində ölüb, sürücü və digər sərnişin xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.