Qazax sakini qətlə yetirildi

 22:00 22.11.2023     430

Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib.

Redaktor.az "report"a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Kənan Cəfərov mübahisə zəminində bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onu qətlə yetirməkdə Rəşad Məhərrəmov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən