Məktəb müəllimi evində ölü tapıldı – FOTO

 20:51 25.11.2023     1145

Gəncədə məktəb müəllimi evində ölü tapılıb.

Redaktor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yaşayan 30 yaşlı Elzar İsmayılovun telefon zənglərinə və qapının döyülməsinə cavab verməyib. Bu səbəbdən də FHN-nın 112 xidmətinə məlumat verilib. Hadisə yerinə gələn FHN xilasediciləri məənzilə baxış keçirildikdə Elzar İsmaylovun meyitini vanna otağından aşkarlayıblar.

Onun meyiti müayinə olunması üçün Məhkəmə – Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. İlkin məlumata görə, E. İsmayılov ürək tutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elzar İsmayılov Gəncə şəhər 12 nömrəli tam orta məktəbin məktəbdənkənar işlər üzrə təşkilatçısı olub.