Goranboyda avtomobil aşdı, xəsarət alanlar var

 09:19 26.11.2023     621

Goranboy rayonunun Naftalan-Qızılhacılı yolunda maşın aşıb.

Redaktor.az xəbər verir ki, hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (report).