Gəncədə zəncirvari qəza, xəsarət alanlar var - FOTO

 13:42 28.11.2023     286

Bu gün Gəncədə zəncirvari yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyli küçəsində “Mercedes”, “VAZ 2104” və “Cehvolet” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparırılır.