Bakıda ticarət mərkəzində yanğın olub

 17:26 28.11.2023     328

Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olub.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.