Əziz Orucov haqda həbs qərarı verildi

 17:45 28.11.2023     268

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov məhkəməyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən iclasda iddianamə elan edilib.

İstintaq orqanının müstəntiqi və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror təqsirləndirilən şəxsin həbs edilməsinin zəruri olduğunu deyiblər.

Müdafiə tərəfi ittihamı qəbul etməyib.

Hakimin qərarı ilə Ə.Orucov barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əziz Orucov dünən saxlanılıb. Onun evində axtarış aparılıb.

Kanal rəhbəri Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham olunur.