Ödənişli yolda qəza baş verdi, ölən və yaralanan var

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "report"a istinadən xəbər verir ki, "Nissan X-Trail" markalı avtomobili yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Belə ki, qəza nəticəsində 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı hadisə yerində aldığ xəsarətlərdən ölüb. Daha bir nəfər, 1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.