Gəncədə obyektdə yanğın oldu

 23:22 28.11.2023     226

Gəncə şəhəri, Atatürk prospektində yerləşən obyektlərin birində yanğın olub.

Redaktor.az xəbər verir ki, yanğın ümumi sahəsi 74 kvadratmetr olan obyektin təsərrüfat otağında baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə nəticəsində obyektin təsərrüfat otağında elektrik sayğacı, kabellər və qapılar yanıb.

Qeyd edək ki, sahibkara məxsus obyektdə ofis, paltar və telefon aksessuarı mağazaları fəaliyyət göstərir.

Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır (report).