Qazaxıstan vətəndaşını maşın vurdu

 09:32 30.11.2023     268

Bakı şəhər Nərimanov rayonu Həsən Əliyev küçəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Əhmədov Mərdan Qabil oğlu idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə piyada zolağından yolu keçən Qazaxıstan vətəndaşı, 1959-cu il təvəllüdlü Nübar Kuliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cimayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.