Biləsuvar sakini hündürlükdən yıxılaraq öldü

 12:57 30.11.2023     290

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, Amankənd kənd sakini, 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərdən birində təmir işi görərkən ölüb.

Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması olub.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.