Bakıda yanğın baş verən bina polis nəzarətinə götürüldü
Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında yanğınla əlaqədar yaşayış binası polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb.
DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, sakinlərin əmlakı mühafizə altındadır, əraziyə nəzarət artırılıb.
Müvafiq tədbirlər davam etdirilir.