Şabranda avtomat aşkarlandı

 22:37 30.11.2023     230

Şabranda silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından 1 ədəd “AK-74” markalı avtomat, 3 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı güllə aşkar edərək götürüblər.

Fakt üzrə Şabran RPŞ-də müvafiq araşdırma aparılır.