Sumqayıtda avtomobil piyadanı vurub öldürdü

 23:43 30.11.2023     237

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil yolu keçmək istəyən hələlik şəxsiyyəti məlum olmayan 40-50 yaşlarında kişini vurub. Piyada hadisə yerində ölüb.

Sürücü saxlanılıb. Fakt araşdırılır (APA).