Goranboyda qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri aldı

 09:00 02.12.2023     306

Goranboy rayonu Xoylu kəndində qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Redaktor.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Fərmanova Gülmirə səhər saatlarında mətbəxdə olan qaz sobasını yandırmaq istəyən zaman kiçik partlayış olub.

O, hər iki əlin və üz nahiyəsindən yanıq xəsarətləri alıb.

Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (report).