Gəncədə quyuya düşən şəxs xəstəxanada öldü
Gəncədə bədbəxt hadisə baş verib.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
İmişli rayon sakini 1976-cı il təvəllüdlü Niyaz Vəliyev sözü gedən ünvanda quyuya düşüb. 47 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müayinəsinə baxmayaraq o xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.