Kürdəmirdə ağır yol qəzası baş verdi, xəsarət alanlar var

 20:24 02.12.2023     388

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "Mercedes"in toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır (report).

Vumart və Güvən reklamı Vumart Güvən