Xaçmazda evdə yanğın oldu

 10:11 03.12.2023     224

Xaçmaz şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə, mətbəxinin tavanı və mətbəxdə olan ev əşyaları yanıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.