Kürdəmirdə avtomobil anidən yandı

 19:27 03.12.2023     297

Kürdəmir rayonunda vətəndaşa məxsus avtomobil anidən yanıb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Əzizzadə Binyamin Niyazi oğluna məxsus “Mercedes” markalı minik maşınının mühərrik hissəsində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb və digər əraziyə yayılmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.