DİN Qəbələdə polislə vətəndaş arasında baş verən insidenti araşdırır

 20:11 03.12.2023     305

Polis nəfəri ilə vətəndaş arasında olan insident araşdırılır.

Redaktor.az “APA”ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, Qəbələnin Vəndam qəsəbəsində polisin yeniyetməyə şiddət göstərdiyi anı əks etdirən görüntülər yayılıb.