Saatlıda 31 odlu silah təhvil götürüldü

 20:26 03.12.2023     226

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Redaktor.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində bu gün bir nəfər rayon sakini illər öncə vəfat edən babasından qalmış bir ədəd "TOZ-8M" markalı yivli silahı və bir ədəd F-1 əl qumbarasını könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən 1-i avtomat, 1-i Karabin, 29-u isə ov tüfəngi olmaqla ümumilikdə 31 odlu silah təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.