Yolu keçmək istəyirdi, maşın vurub öldürdü
Şəmkirdə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Opel” markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.