Ağstafada elektrik cərəyanı 16 yaşlı qızı vuraraq öldürdü

 23:47 05.12.2023     318

Ağstafa rayonunda elektrik cərəyanı yeniyetmə qızı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə Pirli kəndində qeydə alınıb.

Kənd sakini, 16 yaşlı Nuray Hüseynovanı yaşadığı evdə elektrik cərəyanı vuraraq öldürüb.

Hadisənin başvermə səbəbləri araşdırılır (report).