Yolu keçərkən avtomobil vurdu

 09:40 06.12.2023     233

Bakının Xətai rayonu, Zığ Yolu küçəsi 32 ünvanında Dursunəli İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən piyada - 1952-ci il təvəllüdlü Lyüdmila Əliyevanı vurub.

Redaktor.az xəbər verir ki, L.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.