Sabirabadda quşçuluq sexi yandı

 10:28 06.12.2023     209

Sabirabadda quşçuluq sexi yanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabirabad şəhərinin Qalağayın rayonunda ümumi sahəsi 330 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 270 m² sahədə yanıb.

Sexin qalan hissəsi və yaxınlıqda olan sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.