Cəlilabadda ağır yol qəzası - xəsarət alanlar var

 18:45 06.12.2023     323

Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Redaktor.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Abışabad kəndi yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.