Bakıda restorandakı yanğın söndürüldü - YENİLƏNİB

 12:50 08.12.2023     941

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

Bakı şəhərinin Səbail rayonu, Xəqani küçəsində ictimai iaşə obyektində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Restoran yanğından mühafizə olunub.

Vumart və Güvən reklamı Vumart Güvən