Yaşar Əliyevlə vida mərasimi keçirildi

 14:09 09.12.2023     343

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevlə vida mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, mərhumun Bakıdakı evində təşkil olunan vida mərasimində ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirakı edib.

Qeyd edək ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub.

Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

Həmçinin Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.

Xatırladaq ki, Y.Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.