Tovuzda məktəbli bıçaq xəsarəti aldı

 16:41 09.12.2023     255

Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.

Redaktor.az xəbər verir ki, hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb.

Məktəbinin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyatində qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hazırda sözügedən məsələ ilə bağlı araşdırma aparıldığını deyib. (apa)