Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanıldı

 17:06 09.12.2023     429

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış  paytaxt sakini 2002-ci il təvəllüdlü Aqşin Quliyev saxlanılıb.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank kartından 346 manat pul oğurlamış Qusar rayon sakini 1997-ci il təvəllüdlü Sahil Xaspoladov saxlanılıb.

Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən