Ağdaş və Göyçay sakinlərindən odlu silahlar götürüldü
Ağdaş və Göyçay rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri zamanı Göyçay rayon sakinlərindən 3 ədəd müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb.
Ağdaş rayon sakini isə qanunsuz olaraq saxladığı ov tüfəngini könüllü olaraq polis şöbəsinin əməkdaşlarına təhvil verib.