Azərbaycanda iki məktəbdə yanğın oldu

 19:25 09.12.2023     287

Azərbaycanda iki məktəbdə yanğın olub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

İlk hadisə Neftçala rayonunun Şirvanlı kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Digər hadisə Şəmkir şəhərində baş verib. Ümumi sahəsi 600 m² olan birmərtəbəli orta məktəb binasının sinif otağının döşəməsi 2 m² sahədə yanıb. Yüksək temperaturdan sinif otağının lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.