Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

 19:50 10.12.2023     277

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, saat 17:50 radələrində Şəki şəhəri ərazisində Samir Məmmədov idarə etdiyi “Opel” markalı avtomobil ilə yolu keçən piyada, 1970-ci il təvəllüdlü Abduləzizova Arzu Səməd qızını vurub.

Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.