Xaçmazda yük avtomobili 74 yaşlı velosipedçini vuraraq öldürdü

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb.
Redaktor.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun rayonun Cinartala kəndindən keçən hissəsində baş verib.
Belə ki, "KamAZ" markalı yük avtomobili velosipedçi, 1949-cu il təvəllüdlü Mirzəyev Sədyar Qaraxan oğlunu vuraraq öldürüb.
Hadisə ilə bağlı araşdırma aparılır (report).