Yevlaxda yeniyetmə qida zəhərlənməsindən öldü

 23:57 10.12.2023     308

Yevlaxda bədbəxt hadisə baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, şəhər sakini 2006-cı il təvəllüdlü Həşimov Kamran Bakir oğlu qida zəhərlənməsi diaqnozu ilə bağlı Yevlax rayon mərkəzi xəstəxanasına məlumat daxil olub. Həkimlərin səylərinə baxmayaraq 17 yaşlı şəhər sakinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.