Usta krandan yıxılıb öldü

 09:41 11.12.2023     207

Abşeron rayonunda usta faciəvi şəkildə həyatını itirib.

Redaktor.az xəbər verir ki, Masazır qəsəbəsində 1960-cı il təvəllüdlü Füzuli Güləsən oğlu Həsənov işlədiyi binanın 7-ci mərtəbəsindən yükqaldırıcı qurğu ilə aşağı düşərkən yıxılaraq ölüb.

Bildirilir ki, F.Həsənov həmin binada kafel-metlax ustası kimi çalışırmış.

Araşdırma aparılır.