Qusarda avtobus aşıb, xəsarət alanlar var
Qusar rayonunda yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, Qusar-Xurel marşurutu üzrə hərəkətdə olan avtobus Avaran kəndi ərazisində yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparıliblar.(Report)