Azərbaycanda sayt rəhbəri həbs edildi

 17:19 11.12.2023     342

Azerinfo.az saytının rəhbəri həbs edilib.

Redaktor.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Saytın təsisçisi İbrahim Hümbətov Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.