Şirvanda məktəbli məktəblini bıçaqladı

 19:49 11.12.2023     381

Şirvanda məktəbli digər məktəblini bıçaqlayıb.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, Şirvan sakini, 2010-cu il təvəllüdlü Allahverdizadə Şakir Həsənxan oğlu sol budunun kəsilmiş-deşilmiş yaraları ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Onun Ümid adlı 9-cu sinif şagirdi tərəfindən bıçaqla vurulduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.