Bakıda inzibati binada yanğın oldu

 20:28 11.12.2023     331

Bakıda inzibati binada yanğın olub.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 2650 m² (hər mərtəbəsi 1325 m²) olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində sahəsi 150 m² olan anbarın içərisində 1 ədəd soyuducu yanıb.

Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.