Gəncədə mənzildən meyit tapıldı

 20:54 11.12.2023     363

Gəncə şəhərində mənzildən meyit aşkarlanıb.

Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü N.Bayramovun meyiti aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mərhumun ürək çatışmazlığından vəfat etdiyi və yaxınları bir neçə gündür ondan xəbərsiz olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.