Bakıda yük maşını körpüdə belə aşdı - VİDEO

 16:25 12.12.2023     313

Bu gün Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospekti istiqamətində qəza baş verib.

Redaktor.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, buna səbəb yağışlı hava şəraiti olub.

Qəza səbəbindən hazırda “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilsə də, hazırda müvəqqəti məhdudiyyət aradan qaldırılıb.