Ağstafada yol qəzası oldu, xəsarət alanlar var

 19:00 12.12.2023     327

Ağstafada 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. İki minik maşınının toqquşması nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.