Gəncədə idman kompleksində yanğın

 16:28 13.12.2023     350

Gəncə şəhərində yanğın olub.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, idman kompleksinin ərazisində ümumi sahəsi 1000 m² olan üzgüçülük zalının sahəsi 4 m² olan sauna otağının taxta üzlüyü yanıb.

Üzgüçülük zalının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.