Mağazadan 2 min manatlıq oğurluq

 10:16 14.12.2023     313

Bakıda mağazaların birindən meyvə-tərəvəz oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mağazaların birindən 2000 manat dəyərində meyvə-tərəvəz oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Zəkizadə saxlanılıb.

Araşdırma aparılır.