Sülhməramlılara məxsus silahla dolu “Kamaz” yandı - Xəsarət alan var

 12:32 15.12.2023     359

Bu gün Ermənistanın Zəngəzur bölgəsində fövqəladə hadisə baş verib.

Redaktor.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səhər saatlarında Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin 9-11 Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvan-Meğri magistral yolunun Sisian-Spandaryan hissəsində “Kamaz” markalı yük maşınının yanması barədə məlumat daxil olub.

Yanğın Rusiya sülhməramlılarına məxsus “Kamaz” markalı avtomobildə baş verib. Məlumata görə, həmin avtomobilə silah və sursat yüklənibmiş.

Bir nəfər xəstəxanaya aparılıb.