Masazır-Novxanı yolunda qəza baş verdi, üç nəfər xəsarət aldı

 21:51 15.12.2023     399

Abşeron rayonu, Masazır-Novxanı yolunda qəza baş verib.

Redaktor.az xəbər verir ki, hadisə duz gölünün kənarında qeydə alınıb.

"VAZ 099" markalı maşınla "KIA" markalı nəqliyyat vasitəsi toqquşub.

Nəticədə üç nəfər yaralanıb, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir (APA).